Amerikalı senator İsrailin silahsız nümayişçilərə atəş açmasına etirazını bildirdi

    3

    Hurriyyet.org xəbər verir ki, ABŞ-da Demokratlar partiyasının mühüm şəxslərindən olan və prezidentliyə keçmiş namizəd, Vermont senatoru Berni Sanders İsrailin silahsız nümayişçilərə atəş açmasına etirazını bildirib. “Tvitter”dəki hesabından açıqlama verən Sanders qısa müddət ərzində çox sayda Fələstin vətəndaşının İsrail hərbçiləri tərəfindən vurulmasına diqqəti cəlb edib.

    Qəzza məsələsi ilə bağlı İsraili tənqid edən ilk ABŞ komqresmeni olan Sanders deyib: “Qəzzada bu gün 50 nəfərdən artıq insan həlak olub və 2 min nəfər yaralanıb. Ötən həftələrdə də 41 nəfər həlak olmuş və 9 min nəfərdən artıq adam yaralanmışdı. Bu, sarsıdıcı bir rəqəmdir. “Hamas”ın şiddəti, İsrailin silahsız nümayişçilərə atəş açmasını qanuniləşdirə bilməz”.

    Hurriyyet.org