AMERİKALI KOMANDİRDƏN ŞOK SÖZLƏR: “BİZ MÜCAHİDİK”

    9

    Hurriyyet.org xəbər verir ki, ABŞ Dəniz Piyadaları komandiri Robert Neller çərşənbə günü keçirilən mətbuat konfransında “ABŞ qüvvələri və əfqan tərəfdaşlarının Əfqanıstan mücahidləri” olduğunu söyləyərək dinləyənləri şoka salıb.

    Dəniz Qüvvələrinin keçirdiyi mətbuat konfransında danışan Neller ABŞ-ın Əfqanıstandakı strategiyası ilə bağlı belə danışıb: “Demək istədiyim budur ki, özünü müstəqillik döyüşçüsü mücahid kimi təqdim edən terrorçularla döyüşürük. Onlar mücahid deyillər, adi cinayətkardırlar. Bunun ərəb dilində qarşılığı “təfkiri” olmalıdırlar. Onlar dönmədirlər. İslamın arxasında gizlənirlər. Narkotik satırlar. Məsul insanları öldürürlər. Həqiqi islam bu deyil. Əfqan ordusu və amerikalılar olaraq biz mücahidik. Mücahid bizik”.

    Əfqanıstan məmurlar bazar ertəsi günü səhər saatlarında paytaxt Kabul şəhərində təhlükəsizlik təşkilatlarının, səfirliklərinin və NATO mərkəzinin yerləşdiyi Şaş Darak bölgəsində baş verən intihar hücumu zamanı 25 nəfərin öldüyü xəbərini vermişdi.

    Hurriyyet.org