Amerikalı ekspert: “ABŞ-ın Ərdoğan yox, Türkiyə problemi vardır”

123

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Hudson institutunun eksperti Maykl Doran CNN Türk kanalına müsahibəsində deyib: “Amerika üçün Ərdoğan yox, Türkiyə problemi vardır”. Obama dövründə ABŞ ilə YPG arasındakı əməkdaşlığı xatırladan mütəxəssis deyib: “Amerika regiondan çıxandan sonra Türkiyə daha da güclənmiş bir PKK/YPG ilə üzbəüz qalacaqdır”.

“Amerikanın Ərdoğanla problemi yoxdur, Türkiyə ilə problemi var və bu problemi Amerika özü yaradıb. Amerika fərqinə varmadan özünü Türkiyənin milli mənfəətinə qarşı bir mövqedə yerləşdirdi. Hər dəfə gərginlik baş verən zaman problemlərin Ərdoğanın şəxsi gündəmi ilə bağlı imiş kimi sözlər səsləndirildi. Vaşinqtondakı strateji qruplar iki ölkə arasındakı problemləri tamamilə yanlış izah edirlər. Xüsusilə də Obama dövründə başlayan xətalardan bəhs edirəm. Tramp hakimiyyəti vəziyyəti bir az yaxşılaşdırsa da, problemi həll eləyə bilmədi. Eyni xətalar müxtəlif şəkillərdə hələ də davam edir”.

“2014-2015-ci illərdə ABŞ özünü YPG/PKK ilə brbrləşdirdi. Nə etdiyi ilə bağlı özünə yalan söylədi. Əslində, PPK ilə yox, YPG və SDF ilə çalışırıq deyə, öz-özünü inandırmağa çalışdı. Türkiyədəki müşahidəçilər çox yaxşı görsə də, ABŞ-da xarici siyasət mütəxəssisləri belə bunu anlamır. Amerika YPG-nin hm coğrafi baxımdan saha geniş sahəyə yayılmasına səbəb oldu, həm də kürd qruplarından kənarda nüfuzunu artırdı. Artıq PKK-ya bağlı olan yerli ərəb qüvvələri var. Amerikanın rolu və təminatı olmasa, bu dəstəyin yaranması mümkün deyildi. Lakin bir nöqtədə ABŞ regiondan çəkiləcək. O zaman Türkiyə əvvəllər nüfuzu olmayan, sonradan hər sahədə təsir gücü qazanmış bir PKK ilə üz-üzə qalacaq. Əslində məqsəd Türkiyənin ayağının altını qazmaq deyildi. Amerika, İran və Rusiya paralel şəkildə bu siyasəti yeritdi. Digəri isə meydana ABŞ hərbçisi göndərməmək idi. Beləliklə, əsas işi YPG edəcəkdi. Bunu söylədiyim zaman, Obama iqtidarının ən yüksək vəzifəliləri belə inkar edib, Türkiyəyə hücum edirlər. Əsl məsələ Amerikanın Türkiyənin mənafeyinə məhəl qoymamasıdır. Hazırda bunun bahasını artıqlaması ilə ödəyirik. Türkiyə “Siz nə edirsiniz?” deyəndə Obama hakimiyyəti Türkiyəni qınadı və Türkiyənin məntiqsiz davrandığını iddia elədi. “Türkiyənin məntiqsiz tələbləri” ritorikası belə ortaya atıldı. İndi insanlar Amerikanın haqsızlığını qəbul eləmək istəmirlər”.