Amerikalı daşnak: “Azərbaycana atom bombası atın”; Los-Ancelesdəki konsulumuz bəyanat yaydı

393

Dörd gün davam etmiş Aprel döyüşləriindən (2016-ci il 2-5 aprel) sonra Ermənistan təlaş içində idi. Məhz Aprel döyüşlərindən sonra gün kimi aydın oldu ki, Ermənistan hərbi baxımdan Azərbaycandan ciddi şəkildə geridədir.

Əgər o zaman Rusiya müharibəni təzyiq edib, dayandırmasaydı Ermənistan böyük itkilərlə üzləşə bilərdi. O vaxt 2 min hektar ərazini düşmən tapdağından azad edən Azərbaycan hərbi əməliyyatları sınma nöqtəsinə çatdırdı.

Aprel döyüşlərinin tarixi önəmi o oldu ki, hayların uydurduğu məğlubedilməz erməni ordusu mifi darmadağın oldu. Psixoloji baxımdan ciddi travma alan erməni xalqının canına hopmuş qorxunu azaltmaq üçün yerli ideoloqlar əndarbadi açıqlamalar verməyə başladılar.

Məsələn, 2017-ci ilin mayın əvvəlində-Aprel döyüşlərindən bir il ötəndən sonra ermənilər arasında yaranmış böyük təşviş hissini aradan qaldırmaq üçün erməni ordusunda atom bombasının olması barədə fikirlər səslənməyə başladı.

Erməni hüquq müdafiəçisi Karen Ohancanyan bir zərbə ilə Bakını yerlə yeksan edə biləcəklərini bildirdi. Bəli, bu həmin Karen Ohancanyandır ki, təxminən 18 il qabaq absurd açıqlamalarına görə Bakı hava limanında bir-iki şapalaq yemişdi.

Karen-Ohanjanyan-1.gif (183 KB)

O, müsahibəsində deyirdi: “Bizim əlimizdə olan sursatla Bakını tamamilə boşluğa çevirə bilərik. Bu etibarsız şəhərin üzərini su ilə örtə bilərik”.

Ermənistanın sabiq baş naziri Hrant Baqratyan isə aprel döyüşlərindən az sonra bəyan etmişdi ki, Ermənistanın atom silahı var.

Hərbi jurnalist Levon Melik-Şahnazaryan isə Ermənistanın nüvə texnologiyasına malik olmasının mümkünlüyünü belə əsaslandırmışdı:

“Texniki baxımdan bu elə də mürəkkəb deyil: sadəcə, içi radioaktiv tullantılarla dolu raketi üç-beş kilometr yüksəkdə partlatmaq yetərlidir ki, yüzlərlə kvadrat kilometr ərazidə həyat məhv olsun. Bu cür raketlər bizdə yüzlərlədir, radioaktiv tullantılarımız isə on tonlarla ölçülür”. Söhbət Metsamor Atom Elektrik Stansiyasından yığılan radioaktiv tullantılardan gedirdi.

O vaxt bu işə aludə olan ermənilər Bakının atom bombası ilə vurulmasından sonra Azərbaycanın hansı ərazilərini su basacağı barədə xəritələr işləyib hazırlamışdı. Həmin xəritələrə görə, Bakı yoxa çıxır, Azərbaycan ikiyə bölünür, vətənimizin yarısı suyun altında qalırdı.

Sirr deyil ki, atom bombası cəmi 5-6 ölkənin arsenalında var. Yəni, bu bombanı yaratmaq ermənilərin güman etdiyi kimi sıradan bir iş deyil.

Xatırladaq ki, Hiroşima və Naqasakinin atom bombardmanı (1945-ci ilin avqustu) – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. Ermənilərin bizə “sevgisi” o qədər böyükdür ki, Bakını da adı çəkilən şəhərlərlə bir sıraya qoymaq istəyirlər.

Təəssüf ki, ermənilərin paytaxtımıza atom bombası atmaq arzusu keçmişdə qalmayıb. İkinci Qarabağ savaşında əzici məğlubiyyətlə üzləşmiş ermənilər yenidən atom hədəsinə əl atıblar. Düzdür, bu dəfə bu kimi sərsəm bəyanatları Ermənistandan eşitmədik. Ancaq uzaq Amerikanın “balaca Ermənistan” adlandırılan Los-Anceles şəhərindən bizə diş qıcıyan, barmaq silkələyən var. ABŞ-da çap olunan erməni qəzeti “Asbarez”də Azərbaycana qarşı Kütləvi qırğın silahlarından istifadəyə çağırış səsləndirilib. Stepan Altounian Ermənistan hökumətinə müraciət edərək onları Bakını nüvə silahı ilə vurmağa çağırıb.

1595396470_1595395187588_em0nj89.png (741 KB)

Deyib ki, elə etməlisiz ki, Bakı bomboş qalan çöllüyə çevrilsin və orada növbəti 5 min il ərzində həyat olmasın: “Mən də bütün ermənilər kimi məyus oldum, ancaq Ermənistanın müharibəni azərilərə uduzmasına o qədər təəccüb etmədim”.
“Nədən biz Metsamor Atom Elektrik Stansiyasından radioaktiv tullantılardan istifadə etməklə çirkli bombalar düzəltməyək”, -deyə erməni əsilli müəllif yazır. “Bir xahişim var, mənə kütləvi qırğın silahları ilə bağlı heç nə deməyin, Türklər və Azərilər heç kimə məhəl qoymadan mülki şəxslərə qarşı həmin silahdan istifadə edirlər”.

“Türkiyə və Azərbaycan bu oyunu oynaya bilər, biz yox? Biz növbəti 5 min il ərzində Bakını radioaktiv bir çöllüyə çevirə bilsək, onlar bizə qarşı çıxmağa qərar verməmişdən öncə ən azı iki dəfə düşünməli olacaqlar”.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu ABŞ hüquq-mühafizə orqanlarını dərhal erməni qəzetinə qarşı istintaqa başlamağa çağırıb. “Los-Ancelesdə nəşr olunan erməni daşnak qəzeti “Asbarez” erməniləri Azərbaycana qarşı hücuma keçməyə və Bakını 5 min il ərzində boşboş çöllüyə çevirməyə çağrış edib. Amerika Federal Təhqiqat Bürosu və Los-Anceles Polis Departamentini bu işi araşdırmağa çağırırıq”. Azərbaycanın baş konsulu Nəsimi Ağayev Anadolu Agentliyinə bildirib ki, ermənilərin azərbaycanlılara qarşı terror təhdidləri gündəlik bir şeydir.

“Təəssüf ki, ilk dəfə deyil ki, Azərbaycana qarşı bu cür terror təhdidlərinin şahidi oluruq. Bu, dərinə kök atmış anti-Azərbaycan nifrətindən, Azərbaycanofobiya qorxusundan formalaşıb, şiddəti və kütləvi qırğını təbliğ edən xəstə düşüncənin nəticəsidir. Ümid edirəm ki, Amerika hüquq-mühafizə orqanları bu cür təhdidlərə qarşı həssazlıq göstərəcək və hədsiz dərəcədə zorakılığın təşviqi ilə bağlı müvafiq araşdırma aparacaqlar ”, konsul Nəsimi Ağayev deyib.

Amerikada daşnakların çap etdirdiyi qəzetdə gedən yazının xülasəsi haqqında bir-iki kəlmə deməyi də lazım bilirik. Həmin məqalənin adı belədir: “We, As a Nation, Need a Comprehensive Defense Plan” (Millət olaraq hərtərəfli bir Müdafiə Planına ehtiyacımız var). Müəllif qeyd edir ki, ən önəmli məqamlarda Qərb Ermənistana arxa çevirir. Çünki Ermənistan Qərb ölkələrinin maraqlarını təmin edə biləcək elə bir şeyə malik deyil. Biz Azərbaycanın Qərbə neft və qaz daşınan kəmərlərini sıradan çıxarmalıyıq. Onda Qərb bizim tələbləri daha çox ciddiyə alar. Elə İsrail də neftinin 40 faizini Azərbaycandan alır. Ümumiyyətlə, biz Qərblə yox, Rusiya, İran, Hindistan və Çin kimi ölkələrlə yaxınlaşmalıyıq.

Düşünürsüz, adam ABŞ-da oturub və Ermənistanı Amerika ilə düşmən olan ölkələrlə (Hindistan xaric) dost olmağa çağırır.

Düşmənlərin əhatəsində qalan İsrailin heç bir ölkəyə ümid etmədən öz müdafiə sistemini yaratmasına diqqət çəkən müəllif Ermənistanın yəhudi dövlətində səfirlik açmasını şiddətlə qınayır. Qeyd edir ki, İrana arxa çevirmək Ermənistanın atdığı ən yanlış addımlardan biridir.

Erməni yazar deyir ki, biz diaspora olaraq Ermənistan və Qarabağa maddi dəstək veririk: “Bu yanlışdır. Biz Azərbaycanlıların istifadə etdiyi İsrail və Türkiyə dronlarını sıradan çıxara biləcək silahların istehsalı üçün konkret layihələrə maliyyə ayırmalıyıq”.

Elbəyi Həsənli, Sürix

We, As a Nation, Need a Comprehensive Defense Plan | Asbarez.com

Armenian paper urges use of nuclear bomb on Azerbaijan (aa.com.tr)