Amerikadan dünyanı ayağa qaldıracaq HƏMLƏ! – TÜRKİYƏ ƏNGƏL OLMUŞDU, AMMA…

    9

    Rakkada istədiyini əldə eləyə bilməyən ABŞ Əl Tanfda yeni terror bazası qurub

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin müdaxiləsi nəticəsində Suriyanın şimalında qurmaq istədiyi terror dəhlizi planı boşa çıxan ABŞ, ölkənin cənubunda yeni terror təşkilatları qurur. Rakkadan çıxarılan İŞİD başçılarının da yerləşdiyi Əl Tanfda çox sayda terrorçuya təlim keçilir. Beləliklə ABŞ, Suriyada qalmaq üçün yeni bəhanə “istehsal edir”. Yeni dəhliz eyni zamanda İraq neftini Aralıq dənizinə aparan yol demək olacaq.

    Suriyanın Deyr əz-Zor bölgəsində 4 nəfər rus hərbçisinin ölümü ilə nəticələnən hücumda ABŞ-ın əli olduğu şübhəsi getdikcə güclənməkdədir. Hücumu İŞİD ilə yanaşı, Amerikanın Əl Tanf düşərgəsində təlim keçdiyi və “mülayim müxalifət” kimi təqdim elədiyi silahlı qrupların keçirə bilmiş olacağı bildirilir.

    Son hadisələr nəzərləri ABŞ-ın Suriyanın cənubunda fəaliyyət göstərdiyi yeganə ərazi olan Əl Tanf bazasına çevirib. Amerikanın himayəsində olan, Əl Kaidənin şaxəsi olan terrorçu ünsürlər bu yaxınlarda İdlib üzərindən Lazkiyadakı Rusiya hərbi bazasında bombalı kamikadze dronlarla hücum eləmişdi. Müəyyən qüvvələr, bu planlı hücumu Türkiyənin dəstəklədiyi müxalifətçi qrupların üzərinə yıxmağa çalışaraq, Moskva ilə Ankaranın aralarına nifaq salmağa çalışmışdılar. Lakin, Rusiya bu qədər inkişaf eləmiş texnologiyadan istifadə edilən hücumu Azad Suriya Ordusunun həyata keçirə bilməyəcəyi reallığına əsaslanaraq, başqa qüvvələrin olduğuna işarə eləmiş və bu hadisədən sonra Suriyada İŞİD-dən başqa, ABŞ-ın dəstəklədiyi digər terrorçu qüvvələr göz önünə çıxmışdı.

    Terrorçuların təlim bazası

    Əl Tanf bazası, İŞİD bəhanəsi ilə Suriya və İraqdakı mövcudluğunu qanuniləşdirən Amerikanın Suriyada qalması üçün bəhanəyə çevriləcək yeni terrorçu təşkilatın mərkəzi hesab edilir. Tanf bölgəsi, Golan təpələrinin cənub-qərbində Suriya müxalifətçilərinin əlində qalmış son iki sahədən biridir. Tanfda hələ də ABŞ və İngiltərənin bazaları var və burada mülayim adlanan müxalifətçi qruplara təlim keçirilir. Bu qruplar isə Türkiyə və ASO tərəfindən qəbul edilməyən və Amerikanın pul gücünə qurduğu təşkilatlar kimi tanınırlar.

    Deyr əz-Zordan Hayfaya…

    Tanfda “müxalifətçilərə təlim keçdiyini” iddia edən ABŞ, “bütün qruplarla eyni məsafədəyik” görüntüsü altında əməliyyat yaraqlıları yetişdirir. Düşərgədə Əl Kaidənin şaxəsi olan qondarma müxalifətçilərdən savayı, Rakkadan, Deyr əz-Zorun qərbindən və Qolan təpələri yaxınlarından gətirilən İŞİD terrorçuları bir yerdədirlər. Tanf bölgəsi ABŞ, İngiltərə və İsrailin Suriya planlarında mühüm yer turur. Türkiyənin “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları səbəbi ilə tamamlana bilməyən terrorçu dəhliz üçün yeni xətt olaraq Deyr əz-Zor və Tanf bazalarından İsrail və İordaniya sərhədləri göstərilir. Deyr əz-Zor və Tanf üzərindən Hayfa limanına çıxması planlaşdırılan xətt vasitəsi ilə İraq neftinin Aralıq dənizinə aparılması planlaşdırılır. Türkiyənin əməliyyatları vasitəsi ilə əngəllənən şimal xəttindən sonra B planını işə salan Pentaqon yeni terror dəhlizi üçün Tanf bazasında təlim keçdiyi ünsürləri hərəkətə keçirəcək Amerikanın Fransa və İngiltərə ilə birlikdə həyata keçirdiyi raket hücumundan sonra Suriya müharibəsinin cənuba keçirməyi planlaşdırdması daha aşkar görünür.

    Rusiyanın mövqeyi Türkiyəni narahat edir

    Amerika ilə Rusiyanın arasında gərginliyə səbəb olan və yeni bazarlıqlar üçün meydan yaradan “Cənubi Suriya planı” davam edərkən, Rusiyanın Fərat çayının şərqindəki sahələrdə işğalı görməməzliyə vurması Türkiyəni narahat edir. Rusiya son dövrdə həm Suriyanın şimalında terror dəhlizinə səs çıxarmaması, həm də İsrail ilə əlaqələri ilə Türkiyə tərəfdən xoş qarşılanmır. Bu məsələnin dünən Türkiyə prezidenti R.T.Ərdoğan ilə Rusiya prezidenti V.Putin arasında dünən keçirilən telefon danışığında gündəmə gəldiyi güman edilir.

    Hurriyyet.org