Amerikadakı etirazlardan sonra qərar verildi – Polis Departamenti ləğv edilir!

39

Hurriyyet.org xəbər verir ki, ABŞ-da qaradərili amerikalı Corc Floydun polis tərəfindən boğularaq öldürüldüyü Minneapolis şəhərindəki polis idarəsi bağladılacaq.

ABŞ mediasının verdiyi məlumata görə, Minneapolis Şəhər Şurası polis zorakılığına qarşı etirazlardan sonra polus departamentinin bağladılacağını açıqlayıb.

Minneapolis Şəhər Şurasının başçısı Liza Bender deyib: “Şəhərimiz Minneapolis Polis Departamenti ilə olan toksiki əlaqəsini kəsməyi planlaşdırır”.

Bender polis idarəsinin bağladılmasından sonra yerinə ictimai asayişi qoruyacaq yeni bir sistem yaradılacağını bildirib.

Minneapolis bələdiyyə başçısı Ceykob Frey polis departamentinin bağladılması məsələsini müsbət qarşılamasa və islahat təklüf eləsə də, Minneapolis Şəhər Şurasındakı əksəriyyətin qərarına veto qoya bilmir.

Ölkə miyyasında iki həfətəyə yaxın müddət ərzində davam edən etirazlarda nümayişçilər polis zorakılığına cavab olaraq polis təşkilatının maliyyə mənbələrinin kəsilməsini, azaldılmasını, hətta təşkilatın ləğv edilməsini tələb edirlər.

Hurriyyet.org