Amerikada qarışıqlıq. Polislər qadını evində öldürdülər. Nümayişçilər polisləri yaraladılar

75

Hurriyyet.org xəbər verir ki, ABŞ-da 13 mart tarixində evində aparılan narkotik əməliyyatı zamanı təcili tibbi yardım xidmətinin 26 yaşlı əməkdaşı qaradərili  Breonna Teyloru 10 güllə ilə yataq otağında öldürmüş 3 nəfər polis işçisinin bəraət almasından sonra Amerikada yenidən qarışıqlıq olub. Teylorun öldürüldüyü Luisvill ştatı başda olmaqla bir çox şəhərdə etiraz aksiyaları keçirilib.

Luisvill şəhərinin mərkəzindəki etirazlarda nümayişçilər “Ədalət yoxdursa, sülh də yoxdur” şüarları səsləndirərək yürüş ediblər.

Polislə nümayişçilər arasında baş verən toqquşmada polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə sərt şəkildə müdaxilə edib. Onlarla nümayişçi yaralanıb. Hadisələr zamanı iki nəfər polisin də yaralandığı xəbər verilir.

Polisə etirazlar artdıqdan sonra Milli Mühafizə Qüvvələri küçələrə yeridilib. Floydla bağlı etirazlar dövründə olduğu kimi, indi də küçəyə çıxmaq qadağan edilib.