AMERİKADA KRİTİK VƏZİYYƏT: Şəhərlər od içində…

177

Hurriyyet.org xəbər verir ki, ABŞ-da qaradərili amerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra Ağ Evin qarşısında şiddətli atışmalar baş verib, avtomobillər tərsinə çevrilərək yandırılıb. ABŞ-ın paytaxtı Vaşinqtonda ikigünlük komendant saatı elan edilib. Küçələrə çıxmaq qadağan edilsə də, ABŞ-ın az qala bütün şəhərlərində insanlar küçələrə axışıblar. Bazar ertəsi şiddətli atışmalar, oğurluq və xaos hər tərəfi bürüyüb. Ölkə miqyasında minlərlə insan həbs edilib, ölənlər və yaralananlar var ( https://www.hurriyyet.org/xeber/amerika-yayi-cikaqo-yaxinliginda-olənlər-və-yaralananlar-var-azi-60-nəfər-həbs-olunub/ ).

Xəbər verdiyimiz kimi, etirazçıların Ağ Evin qarşısındakı dəmir barrikadaları yıxdıqları iddia edilir. Amerikanın CNN televiziyası Ağ Evdəki mənbəyə istinad edərək, həmin zaman ABŞ prezidenti Donald Trampın sığınacağa aparıldığını bildirib. İddiaya görə, Trampla birlikdə həyat yoldaşı Melaniya və kiçik oğlu Barron da Ağ Evin altındakı təhlükəsiz sığınacaqda 1 saat vaxt keçiriblər.

ABŞ prezidenti D.Tramp “Tvitter” səhifəsində açıqlama verərək, bu iddianın yalan olduğunu bildirib. Gizlənmədiyini göstərmək üçün Ağ Evin yaxınlığındakı Müqəddəs İohann kilsəsinə gedərək, qarşısında şəkil çəkdirib ( https://www.hurriyyet.org/xeber/adamlari-gozyasardici-qazla-qovdurub-əlində-incillə-səkil-cəkdirdi-trampi-qinadilar/ ).

Mənbələr “Ağ Ev“də vəziyyətin pisləşəcəyi təqdirdə prezident Trampın, Melaniya Trampın və Barron Trampın, həmçinin ailənin digər üzvlərinin Fövqəladə Əməliyyat Mərkəzinə aparılacağını iddia edirlər.

Vaşinqton, Atlanta, Çikaqo, Denver, Los Anceles, Sietl v San Fransisko kimi böyük şəhərlər daxil olmaqla azı 40 şəhərdə komendant saatı elan edilib. 15 ştatda Milli Qvardiya qüvvələri səfərbər edilib.

Paytaxt Vaşinqtonda mağazalar talan edilib, kiçik tikililər yerlə bir edilib.

“Russkaya Amerika” portalının məlumatına görə, Floydun ölümündən bəri ümumilikdə Amerikanın 150 şəhərində etiraz nümayişləri keçirilir, azı 4000 nəfər etirazçı həbs olunub, ölənlər var.

Hurriyyet.org