“Amerika Şimali Koreyadan daha çox güzəşt almaq istəyir” – POLİTOLOQ

    6

    Zərdüşt Əlizadə: “Şimali Koreya da bu məntiqi anlayır və gərginlyi artımağa hazır olduğunu nümayiş etdirir”

    Pxenyan Vaşinqtonu ABŞ-Koreya Xalq Demokratik Respublikası sammitini ləğv etməklə hədələyib. Bu barədə “Yenxap” agentliyi bildirib.

    Agentliyin məlumatına görə, KXDR Seulun ABŞ ordusu ilə birgə hərbi təlimlər keçirməsindən hiddətlənib.

    Həmçinin bildirilir ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edib.

    Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp tvitter səhifəsində yazıb ki, onun Kim Çen Inla çoxdan gözlənilən görüşü iyunun 12-də Sinqapurda olacaq

    Qeyd edək ki, Şimali Koreyanın siyasətində dönüş nöqtəsi aprelin 21-də elan olunub. Rəsmi Pxenyan raket sınaqlarının dayandırıldığını, dövlətə qarşı nüvə təhdidi olmazsa, nüvə silahından istifadə edilməyəcəyini açıqlayıb. Bundan sonra Cənubi Koreya ilə münasibətlərdə istiləşmə başlayıb. Aprelin 27-də isə Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreyanın dövlət başçısı Kim Çen In sərhəddə yerləşən Pxanmuncom kəndində görüşüblər. Onlar sərhəddə bir-birinin əlini sıxaraq salamlaşıb, daha sonra Şimali Koreya lideri sərhəd xəttini keçərək Cənubi Koreya ərazisinə daxil olub. Beləliklə, Kim Çen In Cənubi Koreyaya gələn ilk Şimali Koreya dövlət başçısı olub. O, cənublu həmkarını da Şimali Koreyaya dəvət edib. Mun Çje İn sərhəd xəttini adlayaraq Şimala keçib.

    Bu görüşdən sonra hətta analitiklər Şimali və Cənubu Koreyanın birləşmə ehtimalını müzakirə etdilər. Ancaq göründüyü kimi, Cənubi Koreya və ABŞ vədlərinə əməl etmədiyi üçün Şimali Koreya hiddətlənib. Bu isə yenidən Koreya yarımdasında gərginliyin artmasına gətirib çıxara bilər. Əgər ABŞ və Cənubi Koreya bu cür addımlarını davam etdirəcəklərsə, hətta Şimali Koreyanın nüvə istehsalına başlaması da istisna deyil. Əslində, tərəflər indiyədək faktiki olaraq müharibə vəziyyətində olublar. Uzun illərdən sonra baş tutan tarixi görüşün əhəmiyyətini üzərindən bir ay keçməmiş heçə endirmək doğru bir addım da deyil. Amma görünür, ABŞ-ın maraqları imkan vermir ki, Şimali Koreya ilə Cənubi Koreya birləşsinlər və yaxud qonşu dövlət kimi normal münasibətdə olsunlar. Halbuki, bu münasibətlər artıq müəyyən qədər istiləşmişdi. Belə ki, dünən Şimali Koreya prezidenti Kim Çen Inla Cənubi Koreyanın prezidenti Mun Çje İn arasında iki ölkənin sərhəd məntəqəsi Pxamuncomda görüş keçiriləcəkdi, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri bir daha nəzərdən keçiriləcəkdi.

    Nəzərə çatdıraq ki, Şimali Koreya prezidenti Kim Çen Inla Cənubi Koreyanın prezidenti Mun Çje İn arasında görüşdən öncə ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreya prezidenti Kim Çen Inla görüşüb və o tarixi görüşün baş tutması üçün Kim Çen Inı razı salıb, amma ABŞ bu gün yenidən Şimali Koreyanı regionda savaşa təhrik edir, münasibətləri pozmağa sövq edir. Belə olan halda, sual yaranır ki, Amerika Koreya liderlərinin görüşü üçün niyə vasitəçilik edirdi və indi məqsədi nədir?

    Cənubi Koreyanın ABŞ ordusu ilə birgə hərbi təlimlər keçirməsi ilə bağlı politoloq Zərdüşt Əlizadə “Hürriyyət”ə dedi ki, Amerika kimi bir dövlət hanısısa bir addımı atırsa, demək orada özü üçün bir mənfəət, xeyir görür: “Amerika istəyir ki, danışıqları əsasında Şimali Koreyadan daha çox güzəşt alsın, ona daha çox təzyiq etsin, gücünü göstərsin. Yəni bu məqsədlə bu addımları atıb, vəziyyəti gərignləşdirir. Bundan sonra isə qarşı tərəfdən daha böyük güzəştlər əldə etmək imkanı yaranır”.

    “Hər iki tərəf siyasi oyun qaydalarına uyğun olaraq hərəkət edir”

    “Karapetyanın baş nazir seçilmək şansı daha çoxdur” - POLİTOLOQ

    “Demək ki, Şimali Koreya da bu məntiqi anlayır, o da gərginlyi artımağa hazır olduğunu nümayiş etdirir. Burada qəribə bir şey yoxdur. Hər iki tərəf siyasi oyun qaydalarına uyğun olaraq hərəkət edir. Gərginliyi artıb, müəyyən bir həddə çatdırırlar. Hər halda hesablayblar ki, hansı həddə dayanıb, geri çəkilmək və ya güzəşt etmək lazımdır”, – deyə politoloq qeyd etdi.

    “Şimali Koreya nüvə istehsalına başlaya bilər”

    “Amerika və Cənubi Koreyanın bu addımından sonra Şimali Koreya yenidən nüvə istehsalı iddiasına düşə bilərmi” sulına Z. Əlizadə belə cavab verdi: “Əgər Kim Çen istədiynə çatmasa, görsə ki, onun məqsədləri tərəf müqabilləri tərəfindən həyata keçirilmir, onda əlbəttə ki, nüvə istehsalına başlaya bilər”.

    Şamo EMİN, Hurriyyet.org