“Amerika hərbçiləri Bafda nə edirlər?” – YUNAN MƏTBUATI

9

Hurriyyet.org xəbər verir ki, yunan mətbuatında ABŞ-ın Cənubi Kipr Yunan Respublikasındakı Andreas Papandreu adlı hava bazasına hərbçi yerləşdirməsi ilə bağlı müzakirələr davam edir. ABŞ-ın bölgədə hər gün hərbi təlimlər keçdiyini qeyd edən qəzetlərin manşetindən “Amerika hərbçiləri Bafda nə edirlər?” sualı düşmür.

Yunan mətbuatı  amerikalı hərbçilərin ölkədə gizli təlimlər keçirdiyini yazıb. Xəbərdə Andreas Papandreu hava bazasında 2 ədəd Apache, 5 ədəd Black Hawk və 5 ədəd Chinook vertolyotu, 2 ədəd C-130 təyyarəsi, 6 ədəd zirehli personal daşıyıcı texnika olduğu, Yunan Milli mühafizə Ordusunun Anaridadakı təlim düşərgəsində isə 380 nəfər Amerika əsgərinin olduğu bildirilir.

Hurriyyet.org