AMERİKA ANKARAYA HEYƏT GÖNDƏRDİ

    9

    Hurriyyet.org xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ-ın nümayəndə heyətinin Ankaraya gəldiyini bildirib. Nümayəndə heyətinin türk tərəfi ilə danışıqlarının əsas mövzusu Menbiç olacaq.

    Hami Aksoy Türkiyənin ABŞ-dan F-35 hərbi təyyarələrini almaq üçün bütün öhdəlikləri yerinə yetirməli olduğunu deyib və bütün tərəflərin öz öhdəliklərinə məsuliyyətlə yanaşmalı olduqlarını bildirib.

    Aksoy “Patriot” hava müdafiəsi sistemləri üçün Amerika ilə danışıqların davam etdiyini bildirib.

    Hurriyyet.org