“AMERİKA YAYI”: Çikaqo yaxınlığında ölənlər və yaralananlar var, azı 60 nəfər həbs olunub

63

Hurriyyet.org xəbər verir ki, qaradərili amerikallı Corc Floydun polis tərəfindən qətlə yetirilməsi ilə əlaqədar ABŞ-ı bürüyən kütləvi iğtişaşların gedişində Çikaqo ətrafındakı Sisero şəhərciyində da iki nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Məlumatı yerli WGNTV telekanalı verib. Xəbər rəsmən təsdiqlənib. Dünən şəhərcikdə azı 60 nəfər həbs olunub.

Hurriyyet.org