Amerika hərbi BAZASINA BASQIN EDİLİB

48

“Evlərinizdən çölə çıxmayın və pəncərələrdən uzaq durun”

ABŞ-ın Texas ştatında yerləşən hərbi bazalardan birinə silahlı hücum edilib. Bunun bağlı Amerika Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.

“Əgər şimal tərəfdə, yaxud yaxınlığındasınızsa, uzaqlaşın. Buraya hücum edilir. Evlərinizdən çölə çıxmayın və pəncərələrdən uzaq durun”, – deyə açıqlamada əhaliyə xəbərdarlıq edilib.

Açıqlamada təhlükəsizlik qüvvələrinin hücum edən şəxsi zərərsizləşdirdiyi bildirilib. Hadisə nəticəsində bir hərbçi yaralanıb. Cinayəti törədən şəxsin kimliyi və məqsədi barədə heç bir açıqlama verilməyib. \\AYNA