AMERİKA GERÇƏKLƏRİNİ ANLADAN ÜÇ FOTOŞƏKİL: səmadakı kərkəslər; kütləvi məzarlıqlar və başlayan silahlı etirazlar…

54

Mehmet Ali Güller

“Cumhuriyet” qəzeti, 25 aprel 2020-ci il

“Ən inkişaf etmiş” imperialist kapitalizmin bir virus qarşısındakı məğlubiyyətini və acizliyini açıq şəkildə anladan ən yaxşı fotolar Nyu-York səmalarında görsənən kərkəs quşlarının şəkilləridir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ən “inkişaf etmiş” dövlətin ticarət paytaxtı hesab olunan Nyu-Yorkda yüzmərtəbəli binalar ölmüş insanların cəsədlərini gizlədə, yayılan üfunət qoxusunun qarşısını ala bilməyib.

Nyu-Yorkda kütləvi məzarlıq

İmperialist kapitalizmin pandemiya ilə mübarizədəki məğlubiyyətini anladan ikinci fotoşəkil isə bu günə qədər 10 mindən çox insanın həyatını itirdiyi Nyu-York şəhərində qazılan kütləvi qəbrlərin havadan çəkilmiş görüntüləridir.

21-ci əsrdə həbsxanalardan gətirililən məhkumlara qazdırılmış kütləvi məzarlıqlara kütləvi basdırılan minlərcə bədən…

Trampdan kütləvi silahlı nümayiş təşviqatı

Başqa fotoşəkillər də var ABŞ-dan. Demokratlar partiyası mənsubu qubernatorlarla mübahisəsi qızışan ABŞ Prezidenti Donald Tramp ən sonda yerli xalqı qubernatorlara qarşı kütləvi etiraz mitinqlərinə səsləyib.

Trampın təşviqatı ilə tətbiq edilən karantin rejiminə etiraz edən sağçı qruplaşmaların fotoşəkilləri dünyanın diqqətini “ən inkişaf etmiş” kapitalist ölkəsinin insanlıq mənzərəsinə yönləndirir.

ABŞ-ın Miçiqan əyalətində başlayan etiraz dalğaları digər əyalətlərə də keçib – Trampın dəstək vədi ilə Oklahoma, Ohio, Şimali Karolina, Florida, İdaho, Minnesota, Utah, Kaliforniya, Virciniya, Nyu-Hempşir, Nyu-Cersi  Kentukkidə küçələrə tökülən radikal qruplar əllərindəki silahlarla əyalət rəhbərliyinin pandemiyaya qarşı tətbiq etdiyi izolyasiya tədbirlərinə qarşı etirazlarını bildiriblər.

Üç fotoşəkil və üç dərs

Yuxarıda göstərdiyim bu 3 fotoşəkil “böyük insanlığın” alacağı bu 3 dərsə işarədir:

1. İnsanlığın gələcəyi “öncə mənfəət” deyən sistemdə yox, “öncə insan, öncə xalq” deyən sistemdədir.

2. İnkişafın meyarı böyük iqtisadi layihələr, iri binalar, böyük AVM-lər, kütləvi istehlaklar yox, ədalətli bölgüdür.

3. Təbiətlə müharibə aparan yox, təbiətlə uyğunlaşan sistem önəmlidir.

Tərcümə Strateq.az-ındır.