AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

3

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova həvalə edilib.