AMEA-da dəyişiklik: bu şöbəyə yeni ad verildi

    24

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mətbuat və İnformasiya İdarəsinin tərkibindəki Mətbuat Orqanları Şöbəsinin adı dəyişdirilib.

    Hurriyyet.org xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında mətbuat və informasiya idarəsinin müdir müavini Ülviyyə Rzayeva deyib. O bildirib ki, şöbənin adı dəyişdirilərək, Elmin Təbliği Şöbəsi adlandırılıb.

    Qeyd edək ki, AMEA-nın Mətbuat və İnformasiya İdarəsinin əvvəlki adı “İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi” adlanırdı. Dairənin bir şöbəsi – Mətbuat Orqanları Şöbəsi isə yeni siyahıda yoxdur.