AMEA-DA TİTULLU PLAGİATÇI MÜKAFATLANDIRILIR, TİTULSUZ PLAGİATÇI CƏZALANDIRILIR – Qurumun mükafat və cəza  tətbiqi şəxsi zövqə əsaslanır?!

705

AMEA-ya Azərbaycan Respublikasının Prezident Administrasiyasından ciddi müdaxilənin olması zərurətdir

Bu günkü Vətən müharibəsi bir daha sübut etdi ki, Vətənin ən ağır günündə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dayağı siz talançılar və yalançlar deyil, məhz kasıb və sadə xalqdır! Onlar sizin kimi dağıdıcılara, qaniçənlərə yox, məhz öz Ali Baş Komandanlarına güvənərək Vətənin bütövlüyü üçün canlarından keçdilər! Bu bir daha onu təsdiqləyir ki, illər uzunu yüksək vəzifələrdə təmsil olunan daxili satqınların, tərif püskürüb sərvət yığan, bir çox hallarda layiqli vətəndaşları sinsidib süni narazılar yaradan antimilli xainlərin sayəsində xaricdən aparılan yalan, təhqir, gözdənsalma kampaniyalarına baxmayaraq, müdrik  Azərbaycan xalqı öz Prezidentinin yanındadır və daxili təmizləmlərdə də son nəfəsinədək onun yanında olacaq!

2018-ci ildə AMEA-da dövlət vəsaiti hesabına PLAGİAT ABİDƏSİ ucaldaraq “qələbə” sevincini yaşayan “elm fədailəri” nə vaxt cəzalarına çatacaqlar? Bu gün baş verən ədəbi oğurluqlar təqdir etdikləri oğurluqların məntiqi davamı deyilmi? Özbaşınalıqların və akdemik aldatmaların sığınacağına çevrilmiş, dövlətin elm potensialını zədələyən AMEA-ya AR Prezident Administrasiyasından ciddi müdaxilənin olması artıq zəruridir.

KİV-in məlumatına görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova etdiyi plagiata (ədəbi oğurluğa) görə AMEA Rəyasət Heyəti tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Xeyli gözəl! Bəs görəsən, AMEA-da yüksək elmi dərəcəli və titullu plagiatçı-işbazlar, onların hamiləri, pul mənimsəyənləri, adam hədələyənləri, plagiarizm dəstəsinə qoşulmayıb alın təri ilə çörək qazananlara nifrət bəsləyənlər, rəhbər vəzifə tutub şəbəkələşməyə maddi-mənəvi “maya” qoyanlar və nəhayət, 2018-ci ildə məhz AMEA-da dövlət vəsaiti hesabına PLAGİAT ABİDƏSİ ucaldaraq “qələbə” sevinci yaşayan “elm fədailəri” nə vaxt cəzalarına çatacaqlar? Axı bütün neqativ işlərin başında onlar dayanır!

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuz və əsgərlərimiz ön cəbhədə qanları ilə tarix yazdıqları bir vaxtda  arxa cəbhədə sanki vaxt qazanaraq xalqa və dövlətə arxa çevirən, şəxsi marağını təmin etmək üçün hər şey edən fürsətcil yalançı məddahlarla mübarizədə həyatımızı itirməyə belə, hazır olmalıyıq. Qələbə həm də daxildə illər uzunu anti-dövlət və anti-rəhbər təbliğatı aparmaqla düşmənçilik əhval-ruhiyyəsi yaradan, ölkəni parçalamağa, iğtişaşlar törətməyə çalışan qüvvələri  zərərsizləşdirməklə tamlığını qoruyub saxlaya bilər. Baxış dəyişməlidir. Məsələn, rüşvətxorlar, yaltaqlar və qanunsuz yollarla mülk sahibinə çevrilənlər layiqli cəzalarını almalıdırlar.

Ey oğru, yalançı, cibgir, büdcəgir, məddah və satqın vəzifəlilər! Ey yüksək postlar tutub eyş-işrət içində uyuyan, çalan-çapan, rəhbərin ünvanına yaltaqlıq dastanı qoşmaqla aldatdığını sanan, namərdlik və nakişiliyi həyat tərzinə çevirən, xalqın göz yaşı hesabına əldə etdikləri var-dövlətlə övladlarını yağ-bal içində, malikanələrdə  bəsləyib qudurdan, mənəviyyatsız, haramgir, binamus və satqın böyüməsinə şərait yaradan canlılar! Ey elmə dəstək fondu adı altında milyonları suya axıdan, övladlarını, qohumlarını və yari-vəfadarlarını, itlərini-pişiklərini “yağlı” vəzifələrə (çünki onlar vəzifəyə məsuliyyət kimi yox,  yağlı tikə kimi baxırlar), böyür-başına yerləşdirən, səfir, nazir müavini, rəis, dekan, kafedra müdiri, ən pis halda katibə və digər vəzifələrə təyin etdirən alimi-kəbir, akademik, professor, rektor, direktor və bənzərləri! Bu günkü müharibə bir daha təsbit etdi ki, Vətənin ən ağır günündə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dayağı siz talançılar və yalançlar deyil, məhz kasıb və sadə xalqdır! Onlar sizin kimi dağıdıcılara, qaniçənlərə yox, məhz öz Ali Baş Komandanlarına güvənərək Vətənin bütövlüyü üçün canlarına qıydılar! Bu bir daha onu sübut etdi ki, illər uzunu yüksək vəzifələrdə təmsil olunan daxili satqınların, tərif püskürüb sərvət yığan, bir çox hallarda layiqli vətəndaşları sinsidib süni narazılar yaradan antimilli xainlərin sayəsində xaricdən aparılan yalan, təhqir, gözdənsalma kampaniyalarına baxmayaraq, müdrik  Azərbaycan xalqı öz Prezidentinin yanındadır və daxili təmizləmlərdə də son nəfəsinədək yanında olacaq!

Yeri gəlmişkən, onu da qeyd edim ki, harınlamış və beynini his basmış bu titullu əzazil elm və təhsil “adamları” (caniləri) övladlarımızın savad qazanmadan diplom almasının tərəfdarı olub və bu yöndə ciddi işlər aparıblar. Onların fikrincə, maarifsiz xalqı aldatmaq asandır, xaricdən yayınlanan internet tv-lərin uydurduğu yalanlara cahillər daha tez inanacaqlar və bu yolla da onlar mənfur niyyətlərini reallaşdıracaqlar. Xalqı maarifsizləşdirən və savadsızları diplom yiyəsi edən və dərəcələndirənlərin məsuliyyətsizliyini kitabxanalarda tala-tala yatan gərəksiz kağız yığınları sübut edir. Bu qədər xəyanətlərin müqabilində ayaqdayıqsa, demək, şərin ayağı büdrəyib, qalır onu zərərsizləşdirmək əməliyyatı, o da yaxındadır!

Deyəsən, fikirlərim çox şaxələndi. Çünki AMEA-da PLAGİARİZM deyib üstündə bir az artıq dayananda adamın nitqi tutulur, başı dönür. Adını alim-akademik qoyanların məntiqi adamı “heyran” edir.  Vallah,  AMEA-da bir müddət plagiatçı dəstənin mükafatlandırılması, indi isə başqa bir plagiatçının cəzalandırılması çoxşaxəli mülahizələrə yol açır.

Möhtərəm aka­demik­lər!

Deyin, görək, plagiatçının mükafatlandırılması və cəzalandırılmasını hansı amillər  şərt­lən­di­rir? Bəlkə bir sorğu kitabçası tərtib edəsiniz?! Bəlli olan odur ki, o xanımın elmi dərəcəsi və titulu yoxdur. PLAGİARİZM ABİDƏSİNİ də onun gözləri önündə siz ucaltmısınız, dəyərli akademiklər! Bəlkə o da düşünüb ki, siz akademkiklər, professorlar düz etmisiniz və sizi təqlid edib. Onun bu davranışı sizə və qurduğunuz PLAGİ-MONUMENTƏ ehtiram əlaməti olub. Məntiqlə düşünün, möhtərəm akademiklər! O dərəcəsiz, titulsuz gənci siz vəzifəyə təyin etmisiniz və plagiatlığı da siz əməli surətdə norma saymısınız. Hətta bu qəbih əmələ qarşı çıxanları susdurub haqqından məhrum etmisiniz. İndi bu nə oyundur, oynayırsınız? Niyə əvvəlcə özünüz istefaya getmirsiniz? Deyəsən, AMEA adlı qurumu tam arxası üstə qoymayınca əl çəkmək fikriniz yoxdur? Belə çıxır ki, elmi dərəcə və titulları olanlar rahat oğurluq edib dövlətdən vəsait qopara bilərlər? Eynən, sizin 2018-ci ildə etdiyiniz kimi. Məgər ölən azərbaycanlı bir alimin kitabını oğurlayaraq dövlət vəsaiti hesabına çap etdirib müəllifin əqli mülkiyyətinə qəsd etməyə mükafat, müəllifi həyatda olan şəxsin məqalələrini oğurlayan şəxsə cəza düşür?! Titulundan asılı olmayaraq, belə təfəkkür sahiblərini elm adlı qurumda saxlamaq artıq ironiyaya çevrilib! Budur, elmimizin real acınacaqlı halı və idarəçi alimlərimizin kəllə-mayallaq idrakı!

Möhtərəm akademiklər!

Məgər PLAGİARİZMİN xatirəsini əbədiləşdirən siz olmadınızmı?! 2018-ci ildə DÖVLƏT VƏSAİTİNƏ qəsd etməklə “İZAHLI DİLÇİLİK TERMİNLƏRİ LÜĞƏTİ” adlı üzüqara PLAGİARİZM abidəsini ucaldıb gecə-gündüz səcdəsinə durmadınızmı?! Əməllərinizin kiçik bir faizini ifşa etdiyim üçün məni mətbuatda məhkəmə ilə hədələyən, həqarətlər yağdıran siz deyildinizmi?! Deyiləcək çox şeylər var. Mən də daxil, çoxlarının haqqını yeməkdəsiniz, açıq düşməndən fərqiniz odur ki, siz sakit öldürürsünüz, hərtərəfli məhv edirsiniz. Məncə, qarşılığını almaq vaxtınız yetişib.

Xatırladım ki, dövlət vəsaiti hesabına nəşrlə mükafatlandırılan və tərifi göylərə qaldırılan nəhəng plagiat abidəsinin baş redaktorları akademik İsa Həbibbəyli və akademik Möhsün Nağısoyludur.

İdris Abbasov,

Professor