Şamaxıda sərnişin mikroavtobusu aşdı: yaralılar var

    6

    Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobus aşıb. 10 nəfərədək sərnişinin xəsarət aldığı bildirilir.

    Xəsarət alanlar təcili tibbi yardım avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

    Hadisə barədə əlavə məlumat veriləcək.

    Faktla bağlı araşdırma aparılır./apa/