Şamaxıda kütləvi dava: tərəfləri ayıran kişinin qulağını kəsdilər

    15

    Şamaxıda kütləvi dava olub.

    Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb.

    Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu bıçaqlanıb. C.Əzimov tərəfləri ayrımağa çalışarkən bıçaq zərbəsi onun üzündən qulağınadək olan hissəsi kəsilib.

    O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.