“Alov qüllələri” yaxınlığında yanğın baş verməyib – FHN-dən AÇIQLAMA

54

Bakıda “Alov qüllələri” yaxınlığında yanğın baş verməsi barədə bəzi saytlarda gedən məlumatlar həqiqəti əks etdirmir.

Hurriyyet.org xəbər verir ki, bu barədə apa-ya FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, “Alov qüllələri” yaxınlığında yanğın baş verməsi barədə yayılan video və fotolar bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.