Almaniyanın İrəvandakı səfirliyi qapısını bağladı Ermənilərin Angela Merkelə məktubu əllərində qaldı

81

Almanların virusa qarşı tədbirləri həm də ermənilərin qarşısını alıb

Hurriyyet.org xəbər verir ki, erməni qadınları İrəvandakı Almaniya səfirliyinin binasının qarşısında nümayiş keçirərək, Almaniyanın Türkiyəyə silah satışını dayandırmağı tələb ediblər. Almaniyanın Türkiyənin istehsal elədiyi “Bayraktar” dronları üçün döyüş başlıqlarını tədarük eləməsi separatizmi dəstəkləyən terrorçu Ermənistan dövlətini və onun vətəndaşlarını narahat edir.

Səfirliyin qarşısında qarışıqlıq yaradan erməni qadınları Almaniyanın Ermənistandakı səfiri Mixael Yohannes Bantshaf vasitəsi ilə Almaniyanın kansleri Angela Merkelə məktub göndərməyə çalışıblar. Lakin epidemioloji vəziyyətlə əlaqədar səfir orada olmayıb. Aksiya iştirakçıları səfirliyin başqa nümayəndəsinə məktubu təqdim eləmək niyyətində olsalar da,  diplomatik nümayəndəlikdən onlara bildiriblər ki, içəri yalnız bir adam buraxıla bilər. Bundan sonra erməni qadınları məktubu vermək fikrindən daşınıblar.