Almaniyanın Ankaradakı keçmiş səfirindən tərbiyəsiz açıqlama: “Ərdoğanın nəfəsi kəsilsəydi…”

90

Hurriyyet.org xəbər verir ki, Almaniyanın Ankaradakı keçmiş səfiri, 5 il Türkiyədə işləmiş Martin Erdmann həddini aşaraq aşağıdakı sözləri işlədib: “Ərdoğanın nəfəsi kəsiləndə Türkiyə ilə yenidən dost olacağıq”.

Prezident R.T.Ərdoğanın rəhbərliyi altında Türkiyənin regiondakı güclü və qətiyyətli addımları Avropada narahatlıqla qarşılanır.

Türkiyənin Aralıq dənizinin şərqindəki qanuni fəaliyyətindən sonra bölgədə gərginliyi artıran Yunanıstanı Fransa və Almaniya başda olmaqla, Avropa İttifaqı dəstəkləməkdədir.

Bu istiqamətdə Türkiyə ilə Avropa İttifaqının arasında gərginliyin artması ilə bağlı Almaniyada dərc edilən “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibə verən Martin Erdmann yuxarıda qeyd edilmiş ifadəni səsləndirib.