ALMANİYADAN QORXUNC ETİRAF: “ÖLKƏDƏKİ TÜRKLƏR…”

    3

    Alman nazir: “Türklərin ayrı-seçkiliyə məruz qalmaları utandırıcıdır”

    Hurriyyet.org xəbər verir ki, Almaniyanın xarici işlər naziri Heyko Maas “Funke Media” qrupuna daxil olan qəzetlərə verdiyi müsahibədə ölkədəki türklərin ayrı-seçkiliyə məruz qalmasını “utandırıcı hal” adlandırıb və işləmək üçün Türkiyədən Almaniyaya gedən köçkünlərin ölkənin bir parçası olduğunu bildirib: “Özləri, valideynləri, hətta baba-nənələri uzun müddət ərzində Almaniyada yaşayan türklərin böyük bir qisminin hazırda ayrı-seçkiliyə məruz qalması utandırıcıdır”.

    Maas 25 il bundan əvvəl Solingen şəhərində baş verən qətliamdan danışıb: “Solingendə həlak olanları unutmamaq, baş verənlər qarşısında susmamaq hər kəsin vəzifəsidir”. Maas əcnəbilərlə düşmənçiliyə qarşı mübarizə çağırışı edərək, həm Almaniyada, həm də dünyada insanları xoş niyyətli, dözümlü olmağa və bəşəri dəyərlərə sahib çıxmağa çağırıb.

    1993-cü il, mayın 29-da Solingendə ultrasağçılar bir türk ailəsinin evinə hücum etmişdilər. Törədilən yanğın nəticəsində Gürsün İnce, Hatice, Hülya və Saime Genç ilə Gülistan Öztürk həlak olmuşdular. Faciənin 25-ci ildönümündə Düsseldorf şəhərində Almaniyanın baş naziri Angela Merkel, xarici işlər naziri Maas və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə xatirə mərasimi keçiriləcək. Solingen şəhərində də xatirə tədbirləri baş tutacaq.

    Hurriyyet.org