Almaniyada Merkelə qarşı dövlət çevrilişi cəhdi – Müsəlman və yəhudi liderlər edam ediləcəkdi…

    21

    Avropa miqyasında yayılan irqçilik və ksenofobiya dalğası Almaniyada təhlükəli bir ölçüyə çatıb.

    Hurriyyet.org avropa.info-ya istinaən xəbər verir ki, bu haqda Almaniyanın “TAZ” qəzeti yazıb.

    Qəzetin yazdığına görə, Almaniya ordusu içərisində gizli şəkildə təşkilatlanan “Hannibalın Kölgə Ordusu” adlı qrup dövlətin gələcəyini təhdid edir.

    Qəzetin Federal Müdafiə Nazirliyi və Hərbi Kəşfiyyat Xidməti mənbələrinə istinadən yaydığı xəbərə görə, Almaniya ordusu içində təşkilatlanmış ifrat sağçı şəbəkəsi sui-qəsd və terror yoluyla kansler Angela Merkeli devirərək, hakimiyəti ələ keçirmək istəyirmiş. Lakin nasist təşkilatın dövlət çevrilişi cəhdinin qarşısı son anda alınıb.

    Image result for ''Hannibal'ın Gölge Ordusu''

    “Hannibalın Kölgə Ordusu” adı verilən qrupa qarşı aparılan gizli əməliyyatda, əsgərlərdən ibarət olan və aralarında bir polkovnikin da olduğu təşkilatın, X günü adını verdikləri məlum olmayan bir tarixdə, Almaniyadakı siyasətçilərə qarşı sui-qəsdlər edərək, daxili müharibə , sonra da çevriliş planlaşdırdıqları üzə çıxıb.

    Qəzet çevriliş cəhdi planının Almaniya ordusunun zabiti baş leytenant Franko A. qalmaqalını araşdıran xüsusi xidmət orqanlarının araşdırması nəticəsində ortaya çıxdığını yazıb. Aşırı sağçı, 28 yaşlı baş leytenant Franko A -nın xaos törətmək məqsədi ilə suriyalı qaçqın kimliyi ilə terror aktları planlaşdırdığı müəyyən edilmişdi. Lakin, sonralar zabit “dəlil çatışmamazlığı” səbəbi ilə sərbəst buraxılmışdı.

    Related image

    Qəzetin yazdığına görə, çevriliş törətməyi planlayan qrup keçmiş prezident Yoachim Qauck, xarici işlər naziri Heiko Maas, Federal Məclis sədrinin müavini Claudia Roth və Sol Partiiyasının lideri Dietmar Bartschın da aralarında olduğu, bir sıra siyasətçi, həmçinin müsəlman və yəhudi cəmiyyət liderlərini bir gündə eyni yerdə toplayaraq edam etməyi planlaşdırıb. Xəbərdə, qrupun lideri kimi tanınan Andre S. adlı polkovnikin, istintaq fayllarını məhv etməyə çalışarkən yaxalanaraq həbs olunduğu da bildirilib.

    Federal ordu və Federal Müdafiə Nazirliyindən məsələ ilə əlaqədar bu ana qədər rəsmi açıqlama edilməyib.

    II dünya müharibəsinin ardından 1955-ci ildə yaradılan Almaniya ordusundakı nasist problemi yeni deyil. Son 10 ildə ordu içində xeyli sayda hərbçinin aşırı meyllərə malik olduğunun müəyyən edilib.