Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH

57

Harvard Universitetinin və “Şarite” Tibb Universitetinin professoru Tobias Kurt koronavirusun Almaniyada daha az ölümə səbəb olmasını izah edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, professor bunun 2 səbəbini önə çəkib.

“Bizim epidemiyaya hazırlaşmaq üçün zamanımız oldu. Səhiyyə sistemimiz onsuz da yaxşı idi amma onu daha da möhkəmləndirdik”.

Professor İtaliyada xəstə sayının kəskin artmasını, bəzən çarpayı və süni nəfər aparatlarının çatışmadığını da xatırladı.

“Virusun Almaniyada yayılma sürəti İtaliyadan fərqi olaraq, ilkin mərhələdən nəzarətə alındı. Bu yaşlı insanların da kütləvi virusa yoluxmasının qarşısını almağa kömək etdi. Bundan əvvəl, Böyük Britaniya və İsveç hökuməti koronavirusun qocalar evinə keçməsinin qarşısını ala bilməməkdən təssüf etmişdi”.

Hazırda Almaniyada 1 milyon nəfərə COVID-19-dan ölüm göstəricisi 108 nəfər təşkil edir. Halbuki, Belçikada hər 1 milyon nəfər 843, Fransada 458, Böyük Britaniyada 648, İtaliyada 576 bə İsveçdə isə 536 ölüm faktı düşür.

 Tobias Kurt Almaniyanın uğurunun ikinci sirrini isə mentalitetlə bağlayıb.

“Almaniyada valideynlər və övladları ayrı yaşayır. Cənubi Avropa ölkələrində isə hamı bir yerdə yaşamağa alışıblar. Buna görə də, bir nəfər yoluxanda, digər ailə üzvlərinin yoluxması labüd hal alır”.

Almaniyalı professor koronavirusun “ikinci dalğa”sının qarşısın almaq üçün görüləcək tədiblərdən danışıb. Onun fikrincə, bunun üçün əhalinin kütləvi şəkildə test olunması və yoluxmuş şəxslərin kimlərlə ünsiyyətə olmasını operativ müəyyən etmək lazımdır.