Almaniyada karantin rejimi qüvvəyə minib

33

Almaniyada koronavirus epidemiyası ilə bağlı bu gündən ayın sonunadək karantin rejimi qüvvəyə minib.

“DW” xəbər verir ki, kansler Angela Merkel və dövlət rəsmilərinin bəyan etdikləri karantin rejiminə görə, restoran və barlar yalnız məsəfəli sifarişləri yerinə yetirəcək, bütün iri tədbirlər ləğv olunacaq. Bundan əlavə, zərurət olmadan səyahət etmək tövsiyyə olunmur, mehmanxanalarda gecəlik qalmaq qadağan edilir.

Həmçinin bir yerə 10 nəfərdən çox toplaşmağa icazə verilmir. Teatr, kinoteatr kimi əyləncə tədbirləri, idman yarışları keçirilmir, ictimai istirahət yerləri də bağlanır.

Bununla yanaşı, məktəb və uşaq bağçaları, dini məbədlər, səhiyyə ocaqları və ticarət müəssisələri fəaliyyəti davam etdirəcək, sərhədlər açıq qalacaq.

Qeyd edək ki, noyabrın 1-də ölkədə koronavirusa 14,2 minə yaxın yoluxma halı və 29 ölüm qeydə alınıb.