Almaniyada bərbərxanalar, muzeylər, zooparklar açıldı

27

Hurriyyet.org xəbər verir ki, dörd may tarixindən etibarən Almaniya Federativ Respublikasında yeni tipli koronavirus üzündən martın ortalarında tətbiq edilmiş karantin rejiminin qaydalarının yumşaldılmasının ikinci mərhələsi başlanıb. Bir çox federal ərazilərdə ticarət mərkəzləri açılıb. Buraxılış siniflərinin şagirdləri məktəblərə qayıdıblar. Məscidlərin, kilsələrin, sinaqoqların qapıları yenidən insanların üzünə açılıb. Bir çox şəhərlərdə muzeylər, sərgilər, zooparklar, nəbatət bağları da işə başlayıb. Saksoniya-Anhalt torpaqlarında 1,5 metrlik minimal məsafəyə riayət edilməklə beş nəfərə qədər insanın görüşməsinə icazə verilib – bunun sayəsində idman zallarında məşğələlər, müxtəlif maarifləndirici tədbirlər həyata keçirilə bilər. Digər 15 federal ərazidə iki nəfərdən artıq adamın görüşməsinə qoyulan qadağa qüvvədə qalır.

Hurriyyet.org