ALMANİYA HANSI TƏRƏFDƏ OLDUĞUNU BİLDİRDİ – ABŞ-ı qəzəbləndirəcək sözlər

    9

    Almaniya və Çin sərbəst ticarət tərəfdarıdırlar

    Hurriyyet.org xəbər verir ki, Almaniyanın xarici işlər naziri Heiko Maas deyib: “Himayədarlıq və izolyasiya azad ticarətdən üstün tutulmamalıdır”.

    O, ölkənin paytaxtı Berlin şəhərində Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Çinin mühüm bir strateji müttəfiq olduğunu, bu səbəbdən beynəlxalq münasibətlər zəminində ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin və dərinləşdirməyin yollarını axtardıqlarını bildirib.

    Çinli həmkarı ilə görüşdə əsasən ticarət məsələlərini müzakirə elədiklərini bildirən Maas deyib: “Bu məsələ hazırda hər ikimizi, ikitərəfli və beynəlxalq sahədə, hər şeydən əvvəl də Vaşinqtonun addımları ilə əlaqədar olaraq, çox məşğul edir. Himayədarlıq və izolyasiya azad ticarətdən üstün tutulmamalıdır”.

    Maas Çinin öz bazarlarını daha geniş şəkildə dünyaya açmasından çox məmnun olduqlarını bildirib.

    Çinli jurnalistin dəmir yollarını da inkişaf etdirərək, Çin ilə ticarətin artırılmasını nəzərdə tutan İpək Yolu layihəsinin Almaniyada heç də hamı tərəfindən müsbət qarşılanmadığını bildirməsi və bu məsələ ilə bağlı fikrini soruşmasından sonra Maas hər kəsin layihə barəsində fərqli mövqedə olmasının normal olduğunu söyləyərək, bu layihənin müxtəlif əlaqələr yaratmaq baxımından çox mühüm olduğunu deyib.

    Hurriyyet.org