Almaniya XİN-in gizli hesabatı: Rusiya Afrikada hərbi bazaların sayını artırır. Artıq 21 ölkədə…

135

Hurriyyet.org xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin gizli hesabatına istinad edilən xəbərdə Rusiyanın Afrikanın 6 ölkəsində hərbi baza qurmaq üçün razılıq aldığı irəli sürülüb. Bu barədə məlumat “Bild” qəzetinin Almaniyanın Xarici İşlər Nazirliyiningizli hesabatına istinad edildiyi xəbərində verilib. Hesabata görə, Rusiya 2015-ci ildən bəri Afrikanın 21 ölkəsi ilə hərbi əməkdaşlıq barəsində razılaşmalar əldə edib. Bundan əvvəl isə Rusiya cəmi 4 Afrika ölkəsi ilə hərbi əməkdaşlıq edirmiş.

Xəbərdə bu razılaşmalar çərçivəsində Moskva hökumətinin Mərkəzi Afrika Republikası, Misir, Eriteriya, Madaqaskar, Mozambik və Sudanda hərbi baza qurmaq üçün təminat alması iddia edilir, Rusiyanın qismən gizli, qismən də rəsmi şəkildə Afrika dövlətlərində əsgərlərə təlim verdiyi, bu çərçivədə Mərkəzi Afrika Respublikasında 180 rus hərbçisinin çalışdığı bildirilir.

Xəbərdə hər il təqribən 20 nəfər malili hərbçinin Rusiyada təlim keçdiyi qeyd edilib, Afrikada təkcə rəsmi Rusiya hərbçilərinin yox, həm də “Vaqner” qrupunun özəl qüvvələrinin fəal olduğu, Moskva hakimiyyətinin həmin özəl qüvvələri idarə elədiyini boynuna almadığına baxmayaraq, alman ekspertlərin bu qrupun Rusiya tərəfindən siyasi, iqtisadi və hərbi baxımdan təsir göstərmək məqsədilə “hibrid vasitə” kimi istifadə elədiyini bildirdiyi yazılıb.

Hurriyyet.org