Almaniya Navalnıy barədə son diaqnozu AÇIQLADI

69
Səhhətindəki pisləşmə səbəbilə Almaniyaya aparılan Aleksey Navalnıy barədə yeni məlumat yayılıb.
Almaniya tərəfindən verilən açıqlamada rusiyalı müxalifətçinin zəhərləndiyi deyilib. Mütəxəssislər Navalnıyın bədənində sinir sistemini iflic edən maddələrin qalıqlarına rast gəlindiyini bildiriblər. Rəsmi Berlin Moskvanı laboratoriya sınaqları ilə tanış edəcəyini bildirib.

Qeyd edək ki, Aleksey Navalnı Tomsk-Moskva təyyarəsi ilə uçarkən səhhətində qəfil problemlər yaranmışdı. Bir neçə gün Rusiyada müalicə aldıqdan sonra Merkelin qonağı qismində müalicə edilmək üçün Almaniyaya aparılmışdı. \\Yeniavaz