Almaniya hökuməti maska taxmamağa görə cərimə TƏYİN ETDİ

48

Almaniyanın Saksoniya-Anhalt əyaləti istisna olmaqla, digər federal bölgələrində koronavirusa qarşı tibbi maskadan istifadə etməyənlər 50 avro məbləğində cərimələnəcək.

Bu barədə kansler Angela Merkel bildirib. Onun sözlərinə görə, son aylar infeksiyaya yoluxma göstəriciləri artdığından hökumət öz strategiyasına yenidən baxmaq qəraırna gəlib.

Siyasətçilər, həmçinin, insanları böhranlı bölgələrə turist səfərlərindən imtina etməyə çağırıblar.

Qeyd edək ki, Almaniyada koronavirusa ümumilikdə 239 637 yoluxma faktı, 9 289 ölüm faktı qeydə alınıb. \\Qafqazinfo