Almaniya DİN: “İsrail dövlətini yox etməyi planlaşdıran Hizbullah şiə təşkilatının fəaliyyəti qadağan edilir”

30

Hurriyyet.org xəbər verir ki, Almaniya hökuməti “Hizbullah”ın ölkədəki fəaliyyətini qadağan eləməyi qərara alıb.

Almaniya DİN-in mətbuat katibi Stiv Alter “Tvitter” hesabından verdiyi açıqlamasında yazıb: “Daxili işlər naziri Horst Zeehofer Almanyada Hizbullah şiə təşkilatının fəaliyyətini qadağan etdi”.

“Bild” qəzetiin verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi “Hizbullah”ın “dünya miqyasında yüzlərlə ölü və yaralının olmasına səbəb olan çox sayda hücum” keçirməsi və “İsrail dövlətinin yox edilməsini” hədəfə alması səbəbindən qadağan qərarını verdiyini bildirib.

Alman polisi terror təşkilatı elan edilmiş “Hizbullah”a məxsus olmaqda ittiham edilən dörd məscid və təşkilatı bu gün səhər saatlarında əməliyyat keçirib. Əməliyyatların keçirildiyi Berlində “Əl İrşad”, Bremendə “Əl Mustafa İcması”, Münsterdə İmam Mehdi Mərkəzi və Dortmundda Livanlı Qaçqınlar İcması adlı təşkilatlar Hizbullah üzvlərinin görüş yerləri olduğu bildirilir. Təhlükəsizlik qüvvələri Almaniyada Hizbullah təşkilatının üzvlərinin 1500 nəfər civarında olduğunu güman edirlər.

Hurriyyet.org