Allah Təala ZARAFAT EDƏNİ SEVİR

402
İmam Əli (ə) buyurur: “Peyğəmbərin (s) sünnəti belə idi ki, nə zaman səhabələrindən birini qəmgin görsə idi, onu zarafat vasitəsilə şad edərdi”. (Tebyan)
Şad olmağın zəminələrindən biri – zarafat etməkdir. Zarafat insanın ruhi gərginlərini azaldar. O kəslər ki, üzlərini həmişə turşdur, ruhları yorğun və əziyyət çəkmiş olar.
İmam Əli (ə) buyurur: “Zarafat etmək nəfsi asudə edər və üzünü turşutmaqdan xaric olar”.
Zarafat edərək qəm yükünü azaltmaq olar. İmam Kazım (ə) nəql edir ki, ərəb bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və ona hədiyyə verir. Sonra deyir: “Hədiyyəmizin pulunu verin”. Həzrət bu sözü eşidən zaman gülməyə başlayır. O gündən sonra Həzrət (s) nə zaman qəgmin olsa idi, buyurardı: “Görəsən o ərəb nə edir? Kaş ki, gələrdi”.
Ona görə də qəmi aradan aparmağın ən yaxşı yolu – zarafat etməkdir. Həzrət Peyğəmbər (s) iman əhlinin xüsusiyyətlərindən birinin zarafatcıl olmağı bəyan etmişdir. Həzrət (s) buyururdu: “Həqiqətən, mən də sizin kimi bəşərəm və sizinlə zarafat edirəm”.
Bəli, zarafat etmək yaxşıdır, ancaq onun həddi və sərhədi vardır. Zarafat gərək batil olmasın, ya da yalan olmasın. Həzrət Peyğəmbər (s) zarafat edən zaman təəccüb edib deyərdilər ki, siz zarafat edirsiniz? Həzrət (s) də cavab verərdi ki, doğrudan qeyrisini demirəm.
Həzrət Peyğəmbər (s) buyurur: “Mən baxmayaraq ki, sizinlə zarafat edirəm, haqdan qeyrisini demirəm”. Zarafatın sərhədi odur ki, təhqirə keçməməlidir.
İmam Baqir (ə) buyurur: “Allah Təala o kəsi ki, cəm içində təhqir etmədən zarafat edir, onu sevər”.
Zarafat gərək məsxərə xarakteri daşımasın. Ola bilsin ki, başqasının əşyasını götürərək başqalarını güldürmək istəsin. Bu, onu məsxərə etmək sayılar. O zaman ki, Peyğəmbərin (s) səhabələri bu cür zarafat edirlər, Həzrət (s) narahat olur və onları bu işdən çəkindirir.
Naməhrəmlə zarafat etmək olmaz. Zarafat zamanı çoxlu gülmək də məsləhət deyildir. Hər bir şeyin etidalı olduğu kimi, zarafatın da etidal həddə olması bəyəniləndir. Çox gülmək qəlb qəsavətinə səbəb olar və insanın vüqarını aradan aparar. \\Oxu24tv