ALİMLƏR ŞOKDA! – Dünyanın ikinci Ayı ortaya çıxdı!

9

Hurriyyet.org xəbər verir ki, astronomiya alimləri araşdırmalar nəticəsində göyüzündə yeni bir ay kəşf ediblər. Bu ay da yerin peykidir. Müvəqqəti olaraq, “ay” adlandırılan, alimlərin 2020 CD3 adlandırdıqları nəsnə əsl Aydan daha kiçikdir.

15 fervral gecəsi quyruqlu ulduzlar və asteroidlərlə bağlı araşdırmalar aparan Catalina Sky Survey komandasındakı astronimlar dünyanın yeni və kiçikölçülü peykini müşahidə  ediblər. Bu peykin səthinə insanın heç vaxt qədəm qoymayacağı güman edilir. Bunun səbəbi isə həmin cismin ölçülərinin 1,9-3,5 metr arasında olmasıdır.

Yəni, təqribən bir  minik avtomobili böyüklükdədir. Ona görə, də onu dünyanın əsl peyki olan Ay ilə müqayisə eləməyə dəyməz. 2020 CD3 Yer planetinin ətrafında 47 günə tam dövr edir. Həmçinin, onun orbiti də sabit deyil, yəni gündən-günə Yerdən uzaqlaşır.

Hurriyyet.org