Alimlərdən koronavirusla bağlı ŞOK AÇIQLAMA: Bəzi insanlarda heç bir simptomu HİSS OLUNMUR

9

Bütün dünyada can almağa davam edən yeni “Covid-19” qurbanlarının sayı artır.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, çinli alimlər tərəfindən aparılan yeni bir araşdırmaya görə, fiziki simptomları olmayan bir insan virusu başqalarına yoluxdura bilər.

Belə ki, “Covid-19”-un yayılma nöqtəsi kimi bilinən Çinin Uhan şəhərində yaşayan 20 yaşlı bir qadın ölümcül virusu ailənin digər 5 üzvünə keçirib. Ancaq maraqlısı burasındadır ki, həmin qadında fiziki olaraq xəstəlik əlamətləri görünməyib. Tədqiqatçılar virus daşıyan qadının inkubasiya dövrünün 19 gün olduğu qənaətinə gəlib. Çinin səhiyyə rəsmiləri virusun inkubasiya müddətinin 1 və 14 gün arasında olacağını proqnozlaşdırmışdılar. Lakin son araşdırmalar bu müddətin 24 günə qədər uzana biləcəyini göstərir.

Çinin Xəstəliklərlə Mübarizə Mərkəzi 8 dekabr – 11 fevral tarixləri arasında ölkədə koronovirus epidemiyasına yoluxan şəxslərin bütün qeydlərini təhlil edib. Xəstələrin 1,2 faizində heç bir simptom görünməyib. Bunun virusa nəzarət edilməsinə çətinlik törətdiyini qeyd edən tədqiqatçılar əslində, “Covid-19” yoluxanların daha çox olduğunu bildirib.

Qeyd edək ki, “Kovid-19” epidemiyası Çinin materik hissəsində 2 min 592 nəfərin ölümünə səbəb olub. İranda 12, Yaponiyada 4, cənubi Koreyada 7, İtaliyada 3, Tayvan, Filippin və Fransada 1 nəfər epidemiyadan dünyasını dəyişib.