Alimlərdən açıqlama – Kainat haqqında tükürpədən versiya: Qəflətən…

    18

    Bizim kainat əbədi mövcud olmayacaq. O, “Tanrı zərrəciyi” – Hiqqs bozonunun yaradacağı Böyük partlayışla qəfil məhv olacaq.

    Bu barədə “Physical Review D” nəşrinin yayımladığı məqalədə deyilir.

    “Kainatın ölçüləri sonsuz, həyat müddəti isə əksinə, sonludur. Çox güman ki, artıq “mütləq boşluğu”n bətni haradasa yaranıb və o, qoca kainatı işıq sürəti ilə udaraq genişlənir. Kainatımız bir an içərisində mövcudluğuna son qoyacaq” , – deyə “Harvard” Universitetindən olan alim Metyu Şvars və onun onun həmkarları yazırlar.

    90-cı illərin əvvəllərinə qədər alimlər hesab edirdilər ki, kainat əbədi və dəyişməz struktura malikdir. Onun sərhədləri Böyük partlayış zamanı müəyyən edilmiş sürətlə genişlənir.

    Amma qaranlıq enerjinin aşkarlanması nəticəsində kainatın artan sürətlə genişlənməyə məcbur olduğu aydınlaşdı. Bu isə öz növbəsində kainatın sonlu olduğunu göstərir.

    Alimlərin fikrincə kainatın sonu Böyük partlayışın əksi olan Böyük parçalanma ilə yekunlaşa bilər.

    Şvars və həmkarları kainatın məhvinə Hiqqs bozonunun səbəb olacağını bildirirlər. \\ednews.net

     

    HURRİYYET.ORG