ALİMLƏRDƏN XƏBƏRDARLIQ: 2020-ci il indiyə qədər görünmüş ən isti il ola bilər

57

Hurriyyet.org xəbər verir ki, virus pandemiyası ilə başlanan 2020-ci illə bağlı alimlər daha bir qorxuducu proqnoz veriblər. İngiltərənin “Qardian” (Guardian) qəzetində dərc edilən xəbərdə 2020-ci ilin indiyə qədər görünmüş ən isti il ola biləcəyi bildirilir.

NASA-nın Nyu-Yorkda yerləşən Qoddard Kosmik Tədiqqatlar İnstitutunun direktoru və iqlim modelləşdirməsi üzrə mütəxəssis Qevin Şmidt bu vəziyyətin baş vermə ehtimalının 60% olduğunu bildirib.

ABŞ Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin (NOAA) açıqlamasında isə bu ehtimalın 75% olduğu deyilir.

Alimlər 2020-ci ilin ən isti il olmasa belə, indiyə qədər ən isti keçən 5 ildən birinin olacağına 99% əmindirlər və bunu qlobal istiləşmə ilə izah edirlər.

Hurriyyet.org