Alimlərdən şok korona açıqlaması: Üzük taxılan barmağı uzun olanlar…

33

İngiltərədə koronavirusla bağlı kişilər arasında maraqlı araşdırma aparılıb.

Araşdırma nəticəsində üzük taxılan barmağı uzun olan kişilərin koronavirusdan ölüm nisbətinin qısa olanlarla müqayisədə daha aşağı olduğu müəyyən edilib.

Kişilərin üzük barmağının uzunluğunu ana bətnində ifraz olunan testosteron hormonunun səviyyəsi müəyyənləşdirir. Bu hormonun çox olması üzük taxılan barmağın uzun olması ilə nəticələnir.

Araşdırmaya 41 ölkədən 200 mindən çox insan daxil edilib. Nəticədə üzük taxılan barmaqları uzun olan ölkələrdə (Malayziya, Rusiya, Meksika və.s) koronavirusdan ölüm nisbətinin aşağı olduğu, üzük taxılan barmaqları qısa olan (İngiltərə, İspaniya və Bolqarıstan və.s) ölkələrdə isə daha çox olduğu ortaya çıxıb. \\Teleqraf