Alimlər onkoloji xəstəliklərlə bağlı yeni müalicə üsulu irəli sürüblər

642

İsveçrənin Sürix Ali Texniki Məktəbinin alimləri xərçəng xəstəliyi əleyhinə dərmanların birbaşa onkoloji şişə çatdırılması probleminin gözlənilməz həllini təklif ediblər. Onlar qan damarlarındakı maqnit sahəsi ilə idarə oluna bilən bakteriyalardan istifadəni məqsədəuyğun sayırlar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bakteriyalar təbiətdə hələ 45 il əvvəl tapılıb və “Magnetospirillum” adını alıb. Bu bakteriyalar suda həll edilmiş dəmiri udurlar, sonra onlarda dəmir oksidin kristalları yaranır.

Sınaqlar göstərir ki, bu bakteriyalar kompas oxu kimi Yer kürəsinin maqnit sahəsinin oxu boyunca düzülürlər. Və əgər bakteriyaya maqnit qatılsa, onlar maqnit qütblərinin ətrafına toplanırlar.

Alimlərin sözlərinə görə, maqnit sahəsinin köməyi ilə “Magnetospirillum”la mayelərin axınını idarə etmək olar.

Təcrübə çərçivəsində bakteriyaların hərəkəti qan axını ilə damarlarda simulyasiya edib

Bu halda ekspertlər bakteriyaların fəallığını kiçik sahə ilə məhdudlaşdırmağa və maye axınını olduqca yüksək dəqiqliklə idarə etməyə nail olublar. Lakin bütün bunlar üçün bakteriyaların mayedə nisbətən yüksək konsentrasiyası tələb olunub.

Alimlər heyvanlarda və pasiyentlərdə metodikanın təhlükəsizliyini yoxlamalıdırlar. Bundan başqa, orqanizmdə bakteriyaların olması halında immun cavabının və allergik reaksiyaların olması da istisna edilmir.