Alimlər koronavirusa qarşı 90 % effektivliyə malik vaksin hazırlayıblar

105

Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firması onların koronavirusa qarşı vaksinin COVID-19-u qabaqlanması üçün 90 % effektiv olduğunu elan edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı CNBC yayıb.

Məlumata görə, alimlər 75 % effektivliyə malik vaksin gözlədiyi halda Ağ evin koronavirus üzrə müşaviri həkim Entoni Fauçi 50-60 % effektivli vaksinin məqbul olduğunu açıqlayıb.

Bildirilib ki, analiz zamanı təcrübədə iştirak edən 43 538 nəfərdən 94-də COVID-19 təsbit edilib. “Pfizer” və “BioNTech” bildiriblər ki, iştirakçıların vaksin və plasebo qəbul edənlərə bölünməsi vaksinin ikinci dozadan sonra 90 % səmərəliyini nümayiş etdirib.

Bu o deməkdir ki, COVID-19-a qarşı müdafiə iki dozadan ibarət ilk vaksinasiyadan 28 gün ərzində peyda olur.

Hazırkı proqnozlara əsasən, “Pfizer” və “BioNTech” 2020-ci ildə 50 milyon dozayadək vaksin istehsal etməyi planlaşdırır. 2021-ci ildə bu rəqəm 1,3 milyard dozaya yüksələcək.