Alimlər əqli zəifliyə qalib gələn içkini müəyyənləşdirdilər

288

Fransız ekspertləri müntəzəm istifadəsi insanın qoca yaşlarında əqli zəifliyin inkişafı riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edən içkidən danışıblar. Bu barədə “Report” “Spring.org.uk”a istinadən xəbər verir. Alimlərin araşdırmasının nəticəsinə görə, bu içki qəhvədir. Məlum olub ki, qəhvə beyinin işini stimullaşdırır və yaddaşın pisləşməsi ilə mübarizə aparmağa kömək edir.

Ekspertlər bildirirlər ki, əqli zəifliyin öhdəsindən gəlmək üçün gündə üç fincan qəhvə içmək kifayətdir. Alimlər onu da əlavə ediblər ki, bu vasitə qadınlarda daha çox effektivliyi ilə seçilib, iddiaya görə, qəhvənin kişilərə təsiri zəifdir.

Qəhvənin digər faydaları da var. Avstraliya alimləri bildirirlər ki, dünyadakı hər insan gündə ən azı iki fincan qəhvə içsə, yüz minlərlə insan ölümcül qaraciyər xərçəngindən də xilas edilmiş olar. Alimlər hesab edir ki, gün ərzində iki və ya üç stəkan qəhvə içmək xərçəngə yoluxma riskini 38%, bu xəstəlikdən ölüm riskini 46% azaldır. Əgər gündə dörd fincan qəhvə içsəniz, bu rəqəmlər müvafiq olaraq 41% və 71% olacaq.