Ali məktəblərə daxil ola bilməyən abituriyentlər məyus olmasın – YENİLİK VAR – VİDEO

    12

    Ali məktəbə qəbul ola bilməyən abituriyentlər təhsil müəssisəsində təşkil olunacaq ödənişli hazırlıq qruplarında iştirak edə biləcəklər.

    Bu, "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili" qaydalarında öz əksini tapıb.

    Ali məktəblərə qəbul imtahanlarından sonra boş qalan plan yerləri hazırlıq qrupları kimi formalaşdırılacaq. Bir illik qruplara seçim qəbul imtahanlarında iştirak edən abituriyentlər arasında aparılacaq.

    Hazırlıq qruplarında təhsil əyani formada təşkil ediləcək.

    Təhsil eksperti Kamran Əsədovun sözlərində görə, hazırlıq qruplarında hər kəsə yalnız bir dəfə təhsil almaq imkanı veriləcək. Təhsil haqları ilə bağlı isə hər hansı güzəşt nəzərdə tutulmayıb.

    Hazırlıq qrupları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılacaq. Bu qruplara keçid balları isə Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən ediləcək. Hər qrupda tələbə sayı maksimum 20 nəfər olacaq.\\Xezerxeber.az