ALİ MƏHKƏMƏNİN SƏDRİ RAMİZ RZAYEVDƏN BAŞQA NƏ GÖZLƏYƏ BİLƏRDİM… – ELDAR SABİROĞLU

699
Müstəqil məhkəmə sisteminin dəyərləri hansı ölkədə qanunun üstünlüyünə söykənirsə, orada insan faktorunun aşağılanmasına, qanunların tapdalanmasına yol verilə biməz. Bu, birmənalı belədir və sübuta ehtiyacı yoxdur. Vətəndaşın işi çətinə düşərkən yeganə ümid yeri, inandığı məkan məhkəmənin ədaləti, haqlı qərar və qətnamələri olur. Ancaq nə etməli ki, bir çox hallarda məhz bu sahədə insan bağışlanılmaz qanun pozuntuları ilə rastlaşır və onun qəlbinə xəncər yarasını vuran, dövlətin prinsip və qaydalarnı ayaq altına alıb var gücü ilə əzən hakimlərin məsuliyyətsizliyi, ictimai fikirdə məhkəmə orqanlarımızın qanunsuzluğu barədə təəssüratlar yaratmaq kimi çox mənfi yanaşmalar əmələ gətirir. İkisifətli məhkəmə ola bilməz. Çünki, onun qeyri-qanuni qərarı nəinki buraxılan səhvi islah etmir, əksinə onun daha dərin qatlara doğru hərəkətinə güclü stimul verir.
Nə üçün bu izahata geniş yer verdim!? Səbəbsiiz deyil. Azərbaycan məhkəmələrinə hörmət və inam hissi getdikcə üzü aşağı gedir. Bir ölkədə ki, Ali Məhkəmənin başında Ramiz Rzayev kimi natəmiz, məhkəmə baxışlarına yalnız gəlir mənbəyi kimi baxan, dövlətin inanaraq onu illərdi hüquq nərdivanında yüksək məqamda saxlayan səbr və dözüm nümayiş etdirməsi başa düşülmür. Ramiz Rzayevi yaxşı tanıyanlardan biri kimi tərəddüd etmədən deyə bilirəm ki, var-dövlət, başından tökülən milyonlar onun gözünü artıq örtüb. Marağı təmin olunmayan məhkəmə proseslərini insaf və vicdan əzabı çəkmədən baltalayaraq onu gedər-gəlməzə yola salır. Vətəndaşın haqqına girib onun hüquqlarını çox asanlıqla tapdalayır.
Əgər mənim də ona verəcək hədiyyəm olsaydı, qanuni şikayətimi ədalətlə həll edərdi. İmkanım olmadığından işimi pozdu. Şikayətim pensiyamın kəsir hissəsinin ödənilməsi ilə bağlıdır. Binəqədi birinci inistansiyaya məhkəməsinə müraciət etdim. Məhkəmə qanuni haqqımı tanıdı. Sonra hansısa bədxah və namərd birisinin tapşırığı ilə Bakı Apellasiya Məhkəməsi əleyhimə qərar çıxardı. Məcbur olub Ali Məhkəməyə şikayət ərizəsi ilə müraciət etdim. Hakim İlqar Hüseynovun üç dəqiqəlik məhkəmə baxışı ilə müraciətim təmin edilmədi. Halbuki mənimlə eyni vəziyyətdə olan bir neçə sabiq deputatın şikayətinə məhkəmə müsbət cavab verilmişdir.
Bu ayrı-seçkiliyi başa düşə bilmirəm. Nə vaxta qədər basqılar və mənəvi işgəncələr altında yaşayacağam!? Bütün qapılar üzümə bağlıdır. Haqlı işimi kimsəyə çatdıra bilmirəm…
Eldar Sabiroğlu

Keçmiş millət vəkili, ehtiyatda olan polkovnik