Ali Məhkəmə qərar verdi. Kim Kardaşyanın ərinin prezidentliyə namizədliyi qeydə alınmadı

45

Hurriyyet.org xəbər verir ki, amerikalı reper, müsiqi prodüseri, bəstəkar və dizayner Kanye Vestin ABŞ Prezidenti kürsüsünə namizəd olmaq tələbi rədd edilib. Bu qərarı Hanye Vestin namizədlik müraciəti yerli məkhəmə tərəfindən rədd edildiydən sonra etiraz müraciətini araşdıran Arizona Ali Məhkəməsi verib. Vestin namizəd göstərildiyi müraciət sənədinə imza atanların siyasi partiya mənsubiyyətləri ilə bağlı məlumat verilmədiyi üçün müraciətin ştatın seçki qanunlarına uyğun olmadığı hökmü çıxarılıb.

Fotomodel Kim Kardaşyanın həyat yoldaşı olan Hanye Vest 7 iyul tarixində ABŞ-ın dövlət başçısı seçkilərində iştirak eləmək üçün müraciət eləmişdi.