Alagöz dağında Rusiya-Ermənistan birgə təlimləri keçirilir

135

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş hərbçiləri ikitərəfli batalyon taktiki təlimləri çərçivəsində Ermənistanın Müdafiə Nazirliyinin hərbçiləri ilə birlikdə Kamxud və Alagöz poliqonlarında təlim keçirlər. Bu barədə açıqlamanı Cənub Hərbi Dairəsi verib.

Açıqlamada deyilir: “Motoatıcı, tank, mühəndislik, kəşfiyyat bölmələrinin hərbçiləri artilleriyanın, hava hücumundan müdafiə qüvvələrinin vasitələrinin,  operativ-taktiki və ordu aviasiyasının dəstəyi ilə kəşfiyyat-zərbə komlekslərində müdafiə və hücum əməliyyatlarını məşq ediblər”.

İkitərəfli təlimlərdə 1 000 nəfərə qədər CHD hərbçisi, 300 ədədə yaxın xüsusi hərbi texnika, həmçinin, qırıcılar, ordu və pilotsuz aviasiya iştirak edir.