“Al Market”dən içərisində pul olan seyf oğurlandı

39

Bakıda marketdə oğurluq hadisəsi baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən “Al Market”də qeydə alınıb.

Belə ki, naməlum şəxslər marketdən içərisində 1 100 manat olan seyfi oğurlayıb.

Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir.