Aksiyada 30-dan çox ETİRAZÇI SAXLANILDI

    21

    Parisdə "sarı jiletlər"in aksiyası davam etdirilir.

    Fransa polisi hərəkatın bu gün keçirilən aksiyasında 32 etirazçını saxlayıb.

    "Saat 15.45-də (Bakı vaxtı ilə saat 18:45) polis prefekturasının əməkdaşları 32 nəfəri saxlayıb", – deyə asayiş keşikçilərinin “Twitter”də yerləşdirilmiş xəbərində bildirilir.

    BFMTV telekanalı isə qeyd edib ki, “sari jiletlilər” 62-ci istirahət günüdür ki, etiraz aksiyası keçirir:  “Təxminən saat 14:30 (Bakı vaxtı ilə saat 16:30) asayiş keşikçiləri "təntənəli yürüşün başında olmaq" istəyən və polisə əşyalar atmaq istəyən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq ediblər. Ancaq bütovlükdə nümayiş dinc keçib”. \\Modern.az