AKARDAN İDLİB AÇIQLAMASI: “Mühüm addım atıldı, birgə patrul nəzarətinə başlayacağıq”

21

Hurriyyet.org xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib: “Möhtərəm prezidentimizin liderliyi altında, sülhə gedən yolda, siyasi həllə əlaqədar İdlibdə mühüm addım atılıb. 15 mart tarixindən etibarən M4-də ortaq patrul xidmətinə başlayacağıq. Quru yolunda təhlükəsiz dəhlizin əsasları üzərində çalışmağa başladıq. Həftə başında bir Rusiya hərbi heyəti Ankaraya gələcək. Atəşkəsin pozulmasına qarşı güc olmağa davam edəcəyik. Atəşkəsin qüvvəyə minməsindən bəri hər hansı bir qayda pozuntusundan söz geə bilməz. Hadisələri yaxından təqib edirik. Birliklərimizə, nəzarət nöqtələsimizə qarşı hücumlara ən şiddətli qarşılığı tərəddüd eləmədən verəcəyik”.

Hurriyyet.org