AKAR ƏMƏLİYYAT SİQNALI VERDİ – YUNANISTAN TƏLAŞA DÜŞDÜ

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Baş Qərargah rəisi general Hulusi Akarın öz çıxışında Egey və Aralıq dənizlərində əməliyyat siqnalı verməsi Yunanıstanda təşvişə səbəb olub. Akar, Suriyanın şimalında terror təşkilatlarına qarşı keçirilən əməliyyatları xatırladaraq, Egey və Aralıq dənizində yeni əməliyyatlar keçiriləcəyi barəsində siqnal verib.

    “Gözümüzü qırpmadan”

    Akar deyib: “Biz Afrindəki fəaliyyətlərə də davam edərik, şərqdə, cənub-şərqdəki əməliyyatlara da davam edərik. Lazım gələrsə, başqa sahələrdə, Aralıq dənizində, Egey dənizində öhdəmizə düşəcək vəzifə olarsa, onu da vətənimiz, millətimiz üçün yerinə yetirərik”.

    General Akarın bu sözləri Yunanıstanda dərc edilən qəzetlərdə geniş yer alıb.

    Yunanıstana və Kiprə mesaj

    Ölkədə dərc edilən “Eleftheros Tipos” qəzeti “Türkiyənin Baş Qəragah rəisi təhdid edir” başlıqlı xəbər dərc edib.

    Xəbərdə deyilir: “Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar Yunanıstana və Cənubi Kiprə mesaj göndərdi”. Xəbərin yanında Hulusi Akarla Türkiyə prezidenti R.T.Ərdoğanın əsgər geyimində şəkilləri verilib.

    Hurriyyet.org