AŞKAR CİNAYƏT! – SANA: “ABŞ-ın başçılıq elədiyi beynəlxalq koalisiya Suriyada kəndlərin əhalisini qırır”

    3

    Koalisiyanın rəsmi hesabatında etiraf edilən cinayət

    Hurriyyet.org xəbər verir ki, yerli mənbəyə istinad edən SANA milli agentliyinin məlumatına görə, ABŞ-ın rəhbərlik elədiyi beynəlxalq koalisiya Suriyaya dinc sakinlərə yeni zərbələr endirib. Məlumatda deyilir: “Beynəlxalq koalisiya növbəti dəfə qırğın törədib, nəticədə Dib-Hacac kəndindəki bir ailənin səkkiz nəfər üzvü həlak olub”.

    ABŞ-ın rəhbərlik elədiyi koalisiya müntəzəm şəkildə aviahücumlar təşkil edir və nəticədə dinc suriyalılar həlak olurlar. Belə ki, Suriya KİV-nin verdiyi məlumata görə, mayın 2-də Əl-Fadıl kəndinə aviazərbə zamanı 25 nəfər həlak olub, on gün sonra isə koalisiya El-Haseke əyalətindəki iki kəndi bombalayaraq, aralarında qadın və uşaqların da olduğu 17 nəfərin ölümünə səbəb olub.

    Koalisiya özü etiraf edir ki, 2014-cü ilin avqustundan – “Möhkəm qətiyyət” əməliyyatı başlanandan bəri onun aviazərbələri nəticəsində Suriya və İraqda 892 nəfər günahsız dinc sakin həlak olub.

    Hurriyyet.org